İDMAN


AFFA-nın əməkdaşı Avropa Könüllülük Forumunda iştirak edəcək

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC 

AFFA-nın Könüllülər departamentinin rəhbəri Vüqar Rüstəmli oktyabrın 10-dan 14-dək Sloveniyanin Maribor şəhərində keçiriləcək Avropa Könüllülük Forumunda iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, forumun məqsədi beynəlxalq könüllülük layihələrinin indiki durumu, gələcək perspektivləri və inkişaf trendlərinin müzakirəsidir.

Avropa Komissiyasının Avropa Könüllülük Xidməti proqramının 20 illiyinə həsr edilmiş forumda 28 ölkədən 50 nümayəndə iştirak edəcək. Forumda Vüqar Rüstəmli tərəfindən AFFA-nın həyata keçirdiyi könüllülük fəaliyyətinin təqdimatı da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.