İDMAN


AFFA-nın əməkdaşı FIFA-nın tədbirində iştirak edir

Bakı, 14 fevral, AZƏRTAC 

Qətərin paytaxtı Dohada “FIFA Executive Football Summit” adlı tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, FIFA-nın prezidenti Gianni İnfantinonun rəhbərliyi ilə keçirilən tədbirdə “FIFA 2.0 – The Vision for the Future” strategiyası, “Forward” Proqramı, uşaq və gənclər futbolunun inkişafı və digər mövzular müzakirə olunur.

Qırğızıstan, İraq, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən, Qətər, Namibiya, Nigeriya, Sudan, Tanzaniya, Uqanda, Bosniya və Herseqovina, Kipr, Danimarka, Litva, Serbiya, İsveç, Ukrayna futbol federasiyalarının rəhbərliyinin qatıldığı tədbirdə AFFA-nı baş katibinin müavini Sərxan Hacıyev təmsil edir.

Fevralın 14-də öz işinə başlayan tədbir iki gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.