İDMAN


AFFA və UEFA Azərbaycanda futbolun inkişafı istiqamətində fəal əməkdaşlıq edir

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan UEFA rəhbəri Aleksander Çeferin sentyabrın 30-da AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə görüşüb.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə R.Abdullayev UEFA prezidenti seçilməsi münasibətilə A.Çeferini bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı AFFA ilə UEFA arasında mövcud əməkdaşlığın müvəffəqiyyətlə davam etdirildiyi vurğulanıb, gələcək planlar müzakirə olunub.

AFFA prezidenti bildirib ki, UEFA və AFFA əməkdaşlarının birgə əməyi sayəsində son altı ayda ölkəmizdə futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb. Layihə ötən gün hər iki qurumun nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub. “GROW 2020” adlanan proqramda beş illik inkişaf strategiyası nəzərdə tutulub. R.Abdullayev AFFA-nın UEFA ilə birgə yeni inkişaf strategiyası hazırlayan ilk milli assosiasiyalardan biri olmasını məmnunluqla qeyd edib.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, UEFA-nın baş katibi Teodor Teodoridis və əməkdaş Zoran Lakoviç iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.