İDMAN
AFFA və UNICEF-in əməkdaşlığı çərçivəsində “BirDeqiqelikFilm” çəkiliş təlimi təşkil olunub
Bakı, 26 may, AZƏRTAC
AFFA və UNICEF-in əməkdaşlığı çərçivəsində UNICEF-in “BirDeqiqelikFilm” çəkiliş təlimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, təlim “theoneminutesJr” qeyri-hökumət təşkilatının nümayəndələri tərəfindən keçirilib.
Təlimdə Azərbaycanın qızlardan ibarət U-15 və U-17, həmçinin oğlanlardan ibarət U-16 və U-17 yığma komandalarının oyunçuları iştirak ediblər. Beş gün ərzində oyunçular idmanla bağlı öz ideyaları əsasında filmlər üçün ssenari hazırlayıb, təlimçilərin köməyi ilə bir dəqiqəlik filmlər çəkiblər.
Təlim bitdiyi gün oyunçular öz filmlərini AFFA və UNICEF-in nümayəndələrinə təqdim ediblər.
“UNICEF Azerbaijan”ın nümayəndəsi xanım Nafisa Binte Shafique qeyd edib ki, filmlər çox mükəmməl və keyfiyyətli alınıb.
Filmlərdə futbola maraq və sevgi öz əksini tapıb.