DÜNYA


AFR DİN: Almaniya terrorçuların hədəfindədir

A+ A

Berlin, 20 iyul, AZƏRTAC

Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi “DW” nəşrinə müsahibəsində Əfqanıstandan olan 17 yaşlı qaçqının Vürtsburq şəhərində elektrik qatarında sərnişinlərə hücumundan sonra ölkədə terror təhlükəsi ilə bağlı ümumi vəziyyəti şərh edərək deyib: “Almaniyanın təhlükəyə prinsipial münasibəti dəyişməyib”. Onun sözlərinə görə, Almaniyanın artıq çoxdan terrorçuların hədəfində olması məlum məsələdir. Üstəlik, kiçik qruplar və ya təkbaşına hərəkət edən terrorçular tərəfindən də hücumlar gözlənilir. Vətəndaşların müdafiəsi üçün görülən tədbirlərin təfərrüatı isə həmişəki kimi açıqlanmayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.