AFR-də niqablı qadınların avtomobil sürməsi qadağan edilib
Berlin, 21 mart, AZƏRTAC
Almaniyada sükan arxasında olan şəxslərin üzlərini bağlayan baş geyimlərində olması qadağan edilib. AZƏRTAC xəbər verir ki, Almaniya Federal Konstitusiya Məhkəməsi bir müsəlman qadının müraciətinə cavab olaraq bu gün həmin qaydanı təsdiq edib.
Məhkəməyə müraciət etmiş qadının fikrincə, bu qadağa onun dini etiqad azadlığını pozur. Həmin qadın bildirib ki, artıq 7 ildir niqab örtür və sifəti bağlayan bu cür baş geyimlərinin qadağan edilməsi səbəbindən sürücülük məktəbini bitirə bilməyib. Kənd yerində tək ana kimi yaşayan bu qadının fikrincə, onun sürücülük vəsiqəsinin olması zəruridir, lakin eyni zamanda, sükan arxasında niqabdan imtina edə bilməz.
Buna baxmayaraq məhkəmə qadının dəlillərini kafi hesab etməyib və ona izah edib ki, sükan arxasında sifəti bağlayan baş geyiminin qadağan edilməsi yol hərəkəti qaydaları pozulduğu halda sürücünün şəxsiyyətinin müəyyən edilməsi üçün zəruridir. Bundan əlavə, belə baş geyimləri sürücünün digər hərəkət iştirakçılarını görməsinə mane ola bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [14:51]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:03]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
- 19.09.2026 [13:26]
Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub
- 19.09.2026 [13:19]
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir
- 19.09.2026 [12:24]
Suriyada silah anbarında partlayış baş verib, ölənlər var
- 19.09.2026 [08:20]
Tramp: Polşa xarici təhdidlərin öhdəsindən gələ bilər
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ husilərlə danışıqlar aparır
- 18.09.2026 [23:54]
Yardımlıda açıq ərazidə yanğın baş verib
- 18.09.2026 [23:34]
“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib
- 18.09.2026 [23:00]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
- 18.09.2026 [22:23]
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
- 18.09.2026 [21:44]
Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub
- 18.09.2026 [21:31]