DÜNYA


AFR-in xarici işlər naziri terrorizmə qarşı mübarizədə daha sıx əməkdaşlığa çağırıb

A+ A

Berlin, 20 iyul, AZƏRTAC

AFR-in xarici işlər naziri Frank-Valter Ştaynmayer Vürtsburq şəhərində qatarda 17 yaşlı əfqan qaçqının sərnişinlərə etdiyi hücumdan sonra Avropa ölkələrinin dövlət təhlükəsizlik orqanlarını əməkdaşlığı möhkəmləndirməyə çağırıb. Almaniyanın xarici siyasət idarəsinin başçısı bu gün “Reuters” agentliyinə müsahibəsində deyib: “Terror kimə zərbə vurmağı seçmir və hər birimiz onun qurbanı ola bilərik”. Nazirin sözlərinə görə, Avropada polisin və təhlükəsizlik xidmətlərinin daha sıx əməkdaşlığı və daha intensiv informasiya mübadiləsi vacibdir.

Frank-Valter Ştaynmayer, həmçinin beynəlxalq koalisiyadan İraqda və Suriyada terrorçu qruplara qarşı mübarizədə qəti fəaliyyət göstərməyi tələb edib. Onun sözlərinə görə, Almaniya Suriya və İraq sakinlərinə humanitar yardım göstərmək üçün 10 milyon avro ayıracaq.

Ştaynmayerin bəyanatı 17 yaşlı əfqan qaçqının Vürtsburqda sərnişin qatarına hücum etməsindən bir sutka sonra yayılıb. Hücum nəticəsində dörd nəfər yaralanıb. Cinayətkar hücum vaxtı balta və bıçaqdan istifadə edib. O, qaçmağa cəhd edərkən polis tərəfindən güllələnib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.