DÜNYA


AFR-in xarici siyasət idarəsi: Analogiya axsayır

A+ A

Berlin, 2 avqust, AZƏRTAC

Almaniyanın Xarici İşlər Nazirliyi “Facebook” və “Twitter” sosial şəbəkələrində Ankarada baş tutmayan çevrilişi 2014-cü ilin fevral ayında Kiyevdə İstiqlaliyyət meydanında kütləvi etirazlar nəticəsində hakimiyyətin dinc yolla dəyişməsi ilə müqayisə etməyin mümkünsüzlüyünün səbəblərini izah edib. “Nə üçün Türkiyədəki vəziyyət Ukrayna ilə müqayisəedilməzdir?” sərlövhəsi ilə mətnini yerləşdirən istifadəçinin sualına Almaniya XİN-in rəsmi nümayəndəsi “Twitter” səhifəsində cavab olaraq yazıb: “Maydanda zorakılıq eskalasiyasından sonra Prezident Yanukoviç böhranın dinc yolla aradan qaldırılması haqqında Fransa, Almaniya və Polşanın vasitəçiliyi ilə tərtib edilmiş memorandumu imzalayıb. Sonra o, fevralın 21-dən 22-nə keçən gecə Kiyevdən qaçıb. Həmçinin nazirlərin çoxu paytaxtı tərk ediblər, nəticədə ölkədə nə işləməyi bacaran hökumət, nə də dövlət başçısı qalıb. Parlamentin spikeri Rıbak istefa verib. Həmin vaxt yeganə konstitusion və demokratik legitim hakimiyyət orqanı olan Ukrayna parlamenti fevralın 22-də yeni prezident seçkiləri keçirməyə dair səs verib və bu seçkini 2014-cü il mayın 25-nə təyin edib”.

Mətnin müəllifləri vurğulayıblar ki, Türkiyədə qiyamçılar hərbi diktatura qurmağı planlaşdırıblar, tankları küçələrə çıxarıblar və öz xalqına aviazərbələr endiriblər. Almaniya XİN-in rəsmi “Facebook” səhifəsində müəllif fikrini yekunlaşdıraraq yazıb: “Gördüyünüz kimi, analogiya axsayır, özü də lap çox”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.