İQTİSADİYYAT
“AGBank” “4 şanslı!” kampaniyasının müddətini uzadıb
Bakı, 5 may, AZƏRTAC
“AGBank” aksiyaya yaranan böyük marağı və treyderlərin Foreks bazarında ticarət edərək hədiyyələr qazanmaq arzusunu nəzərə alaraq “4 şanslı!” kampaniyasının müddətini mayın 31-dək uzadıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya Foreks bazarında ticarətə yeni başlayanlara maliyyə bazarı ilə tanış olmaq fürsətini verir və qısa müddət ərzində gəlir qazanmaq imkanını yaradır.
Kampaniyanın şərtlərinə görə həftə içi hər gün radio “Antenn”in (101 FM) səhər efirində (08:00 – 09:00) və radio “ANS”-in (102 FM) axşam efirində (18:00-19:00) aparıcının verdiyi suala düzgün cavab verən ilk 4 nəfərin hər biri 400 manat qazanacaq. Foreks bazarında əməliyyatlar edərək 1 ay ərzində 15 lot toplayan oyunçular bu məbləği nağdılaşdıra biləcəklər.
Qeyd edək ki, Foreks bazarında ticarət həftənin 5 günü 24 saat ərzində aparılır.
“AGBank”la Foreks əməliyyatlarında iştirak edən müştərilər bonuslar toplayaraq ən son model telefon, kompyuter, lüks avtomobil kimi hədiyyələr qazanacaqlar.
Bundan əlavə, ticarətə yeni başlayanlar üçün bu sahədə, bankın mütəxəssisləri tərəfindən tədris kursları da təşkil olunur.
Əlavə məlumatı bankın “135” Məlumat Mərkəzindən əldə etmək olar.