İQTİSADİYYAT
“AGBank” “Azəricard” ilə birgə layihəyə başlayıb
Bakı, 18 iyul, AZƏRTAC
“AGBank” “Azəricard” MMC ilə birgə layihəyə başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilərinin rahatlığı üçün xidmətlərini daim təkmilləşdirən “AGBank” bu dəfə “Azəricard” MMC ilə birgə layihəni uğurla tamamlayıb. Yeni xidmət müştərilərin rahatlığına yönəlib. Artıq bank müştərilərinin kartlar ilə apardıqları bütün əməliyyatlar dərhal sistemdə əksini tapacaq. Bununla da istər bankın kassalarında istərsə də “MilliÖn” köşklərində vəsait karta mədaxil edildiyi zaman saniyələr içərisində karta yüklənəcək. Xidmət həftənin 7 günü, günün 24 saatı aktiv olduğu üçün müştərilər istirahət və bayram günlərində də kartlarından faydalana biləcəklər.
“AGBank”ın müştərilərinə təqdim etdiyi bu üstünlükdən yararlanmaq üçün şəxsiyyət vəsiqəsi ilə bank filialına yaxınlaşaraq, plastik kart əldə etmək kifayətdir.
Ətraflı məlumatı bankın “135” Məlumat Mərkəzindən əldə etmək olar.