İQTİSADİYYAT


“AGBank” Visa kartları ilə xüsusi təkliflər və endirimlər təqdim edir

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

“AGBank” müştərilərə Visa kartları ilə xüsusi təkliflər və endirimlər təqdim edir.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, dəblə geyinməyi sevən bankın Visa Gold Kart sahiblərinə Nine West, Liu Jo, I AM, Juicy Couture mağazalarında 15 faizədək endirim təklif olunur, həmçinin bütün kino həvəskarlarını “Park Cinema” kinoteatr şəbəkəsində 7.5 faiz güzəşt gözləyir.

Visa İnfinite kart sahiblərinə Sisley, Iceberg İtalyan Moda evi mağazalarında 15 faiz endirim təklif olunur.

Bu da hələ son deyil, Visa İnfinite kart istifadəçiləri Xalca Restaurant & Lounge restoranında 15 faiz endirim qazanacaq. Həmişə gözəl görünməyə üstünlük verənlərə isə Beauttech gözəllik salonunda bütün xidmətlərə 10 faiz endirim təklif olunur və Optimal Electroniks mağazalarında alış-verişi Visa İnfinite plastik kartı ilə edərkən, 20 faiz endirim əldə edəcəklər.

“AGBank” ın Visa Platinum kart sahiblərinə isə Tommy Hilfiger, Adidas, Monnalisa, Pimkie mağazalarında 15 faiz endirim təklif olunur. Dincəlmək və nahar etmək arzusunda olanları Espressamente Restoranında 15 faiz endirim gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.