İQTİSADİYYAT
“AGBank” kart sahiblərinə xüsusi təkliflər təqdim edir
Bakı, 15 oktyabr, AZƏRTAC
“AGBank” Visa Gold, Visa Platinum və Visa İnfinite kart sahiblərinə xüsusi təkliflər təqdim edir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, dəblə geyinməyi sevən “AGBank”ın Visa Gold kart sahiblərinə United Colours of Beneton, OVS Italian Fashion mağazalarında 15 faizədək endirim təklif olunur, onları, həmçinin məşhur ispan uşaq ayaqqabısı brendi Pablosky mağazasında 15 faiz endirim gözləyir. Kino həvəskarları isə Park Cinemada bütün seanslara 7,5 faiz endirim əldə edə biləcəklər.
Visa İnfinite kart sahiblərinə isə Lacoste, İceberq İtalyan moda evi, Monnalisa mağazalarında 15 faiz endirim təqdim edilir. Visa İnfinite kart istifadəçiləri Xalca Restaurant & Lounge restoranında 15 faiz və həmişə gözəl görünməyə üstünlük verənlərə isə Beauttech gözəllik salonunda bütün xidmətlərə 10 faiz endirim təklif olunur.
Visa Platinum kart sahiblərinə Juicy Couture, Adidas mağazalarında 15 faiz endirim təklif edilir. Dincəlmək və nahar etmək arzusunda olanları Espressamente restoranında 15 faiz endirim gözləyir.
Ətraflı məlumatı www.visa.com.az saytından əldə etmək olar.