İQTİSADİYYAT


“AGBank kartları ilə ödə, hədiyyə qazan” lotereyasının qalibi müəyyən olub

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

“AGBank”ın keçirdiyi lotereyanın şanslı qalibi müəyyən olub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, ilk qalib Allahverdiyev Arif “AGBank”ın kartı ilə alış-veriş edərək, Dubay şəhərinə ikinəfərlik tur paketə sahib olub.

Lotereya 01.09.2016–31.12.2016 hesabat dövrü ərzində aparılan əməliyyatlar əsasında keçirilir və Dubay şəhərinə ikinəfərlik səyahət tur paketi oynanılır. Səyahət paketinə aviabilet, mehmanxana, viza və transfer xərcləri daxildir.

“AGBank” ASC-yə məxsus olan kartlar ilə alış-veriş edən müştəri bank tərəfindən keçiriləcək lotereyada iştirak etmək imkanı qazanır. İyirmi manat və daha çox əməliyyat aparan kart istifadəçiləri lotereyada iştirak hüququ əldə edir. Tranzaksiya məbləğinin hər 20 manatı bir şansa bərabərdir.

Ətraflı məlumatı bankın “135” Məlumat Mərkəzindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.