İQTİSADİYYAT


“AGBank” müştərilərinə “İlin 5-ci fəsli” əmanət növünü təqdim edir

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

“AGBank” müştərilərinə “İlin 5-ci fəsli” əmanət növünü təqdim edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər bu əmanət növündən yararlanaraq üç ayın faizlərini əvvəlcədən əldə edə bilərlər. Əmanətləri bir il müddətinə manat, ABŞ dolları və avro ilə yerləşdirmək mümkündür.

Müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənilməsi üçün pulsuz “Maestro” (Depozit) kartı və ya əmanətin məbləğindən asılı olaraq, pulsuz plastik kart və “SMS Banking” xidmətinə qoşulma rəsmiləşdirilir.

Eyni zamanda, “AGBank”da yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.