İQTİSADİYYAT


“AGBank” yeni əmanət növü təklif edir

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

“AGBank” ASC yüksək gəlir əldə etmək və vəsaitlərini etibarlı şəkildə qorumaq istəyən şəxslər üçün yeni əmanət növü təklif edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bank “Yüksək gəlir” adlı əmanət növü ilə fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq edir. Yeni əmanət növünün faiz dərəcəsi 18 faizdir və bank müştərilərə minimum 12 ay, maksimum 24 ay müddətdə 100 AZN-dən başlayaraq istədiyiniz məbləğdə depozit yerləşdirmək imkanı verir. Eyni zamanda, müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənişi üçün pulsuz Maestro (depozit) kartı və ya əmanətin məbləğindən asılı olaraq pulsuz plastik kart rəsmiləşdirilir.

Ətraflı məlumatı bankın “135” Məlumat Mərkəzindən əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.