İQTİSADİYYAT
“AGBank” yeni onlayn xidmətlər təklif edir
Bakı, 1 oktyabr (AZƏRTAC). “AGBank” “İnternet Bankinq” xidmətinin tətbiqində başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “İnternet Bankinq” xidməti sayəsində bir çox bank əməliyyatlarını günün istənilən vaxtı həyata keçirmək mümkün olacaq. Xidmətə qoşulmaq istəyən müştərilərin bankın filiallarında müvafiq anket formasını doldurması və müqaviləyə imza atması kifayətdir. Aylıq ödəniş haqqı 10 manatdır.
“AGBank”ın onlayn xidmətlər sırasına əlavə etdiyi yeniliklərdən biri də “Virtual Vasco Token” sisteminin tətbiqidir. Sistemi aktivləşdirmək üçün mobil telefona xüsusi proqram təminatı yükləmək lazımdır. Birdəfəlik şifrəni təsdiqləyən bu sistem bank əməliyyatlarının tam təhlükəsizliyinə təminat verir.
Əlavə məlumatı bankın “135” Məlumat Mərkəzindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]