İQTİSADİYYAT


“AGBank”ın POS-terminallarından istifadə edən müştərilər lotereyada iştirak etmək imkanı qazanacaqlar

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

“AGBank” ASC-yə məxsus olan POS-terminallarından istifadə edən müştərilər bank tərəfindən keçiriləcək lotereyada iştirak etmək imkanı qazanacaqlar.

Bankdan AZƏRTAC-a bildiriblər ki, ümumi tranzaksiyalarının məbləğinin hər 50 manatı – 1 şansa bərabər olacaq. Lotereya dekabrın 31-nə qədər davam edəcək.

Oktyabrın 3-də lotereyanın birinci uduşu baş tutacaq. Uduş fondunun ümumi məbləği: POS terminalı istifadə edən obyekt tərəfindən banka ödənilən komissiyanın ümumi məbləğindən ödəniləcək komissiyaya 50 faiz endirim əldə edəcək.

Ətraflı məlumatı “AGBank”ın “135” Məlumat Mərkəzindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.