İQTİSADİYYAT
“AGBank”ın kart sahibləri güzəştlərdən yararlana biləcəklər
Bakı, 18 sentyabr, AZƏRTAC
“AGBank”ın Visa İnfinite, Visa Platinum və Visa Gold kart sahibləri Azərbaycanda xüsusi güzəştlərdən yararlana biləcəklər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, dəblə geyinməyi sevən “AGBank”ın Visa Gold Kart sahiblərinə OVS, United Colours of Beneton, Pimkie mağazalarında 15 faizədək endirim təklif olunur, həmçinin dincəlmək və nahar etmək arzusunda olanları Espressamente restoranında 15 faiz endirim gözləyir.
Dəblə addımlayan Visa İnfinite kart sahiblərinə isə Lacoste, Hackett, Bebe, Stuart Weitzman mağazalarında 15 faiz endirim təklif olunur.
Visa İnfinite kart istifadəçiləri Xalca Restaurant & Lounge restoranında 15 faiz endirim qazanacaq. Bütün kino həvəskarlarını isə “Park Cinema” kinoteatr şəbəkəsində 7.5 faiz güzəşt gözləyir.
“AGBank”ın Visa Platinum kart sahiblərinə isə Sisley, Tara Jarmon, ADL mağazalarında 15 faiz endirim təklif olunur. Həmişə gözəl görünməyə üstünlük verənlərə isə Beauttech gözəllik salonunda bütün xidmətlərə 10 faiz endirim təklif olunur . Bundan əlavə Optimal Electroniks mağazalarında alış-verişi Visa İnfinite plastik kartı ilə edərkən, 20 faiz endirim əldə etmək mümkündür.
Ətrafli məlumatı http://www.visapremium.com saytından əldə etmək olar.