İQTİSADİYYAT


“AGBank”ın kart sahibləri xüsusi güzəştlərdən yararlana biləcəklər

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

“AGBank”ın Visa İnfinite, Visa Platinum və Visa Gold kart sahibləri xüsusi güzəştlərdən yararlana biləcəklər.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, dəblə geyinməyi sevən “AGBank”ın Visa Gold kart sahiblərinə “Lui Jo”, gənc xanımların sevimli fransız brendi olan “Pimkie”dən 15 faizədək endirim təklif olunur, həmçinin onları “I am” akssesuarlar mağazasında 15 faiz endirim gözləyir. Kino həvəskarları isə Park Cinemada bütün seanslara 7.5 faiz endirim əldə edə biləcəklər.

Visa İnfinite kart sahiblərinə isə “BCBGMAXAZRIA” və “Hackett London” mağazalarında 15 faiz endirim təqdim edilir. Optimal Electroniks mağazalarında alış-verişi Visa İnfinite plastik kartı ilə edərkən kart sahibləri 15 faiz endirimdən yararlana biləcəklər. Dincəlmək və nahar etmək arzusunda olanlara isə Xalca Restaurant & Lounge restoranında 15 faiz endirim təklif olunur.

Visa Platinum kart sahiblərinə “United Colours of Beneton”, “Nine West”, “Tara Jarmon” mağazalarında 15 faiz endirim təklif edilir. Əsil İtalyan kofesindən həzz almaq kart sahiblərini isə “Espressamente” restoranında 10 faiz endirim gözləyir.

Ətraflı məlumatı www.visa.com.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.