İQTİSADİYYAT


“AGBank”ın tirajlı stimullaşdırıcı lotereyası davam edir

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

“AGBank”ın tirajlı stimullaşdırıcı lotereyası davam edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 1-dən dekabrın 31-dək aparılan əməliyyatlar əsasında keçiriləcək lotereyada Dubay şəhərinə 2 nəfərlik səyahət tur paketi oynanılacaq. Səyahət paketinə aviabilet, mehmanxana, viza və transfer xərcləri daxildir.

“AGBank” ASC-yə məxsus olan kartlar ilə alış-veriş edən müştəri bank tərəfindən keçiriləcək lotereyada iştirak etmək imkanı qazanır. 20 (iyirmi) manat və daha çox əməliyyat aparan kart istifadəçiləri lotereyada iştirak hüququ əldə edir. Tranzaksiya məbləğinin hər 20 manatı bir şansa bərabərdir.

Oktyabrın 8-də oyunun birinci uduşu keçiriləcək. Qalib müştəri hədiyyəni əldə etmək üçün tirajın uduş fondu oynanıldıqdan sonra 90 iş günü ərzində bankın baş ofisinə (Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, 102a) şəxsiyyət vəsiqəsi və plastik kartı təqdim edərək, müraciət etməlidir.

Ətraflı məlumatı “AGBank”ın “135” məlumat mərkəzindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.