REGİONLAR
AĞDAŞDA HEYVANDARLIQ VƏ PAMBIQÇILIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Ağdaş Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, son illər heyvandarlığın və pambıqçılığın inkişafı diqqət mərkəzindədir.
Fermerlər və fərdi təsərrüfat sahibləri hazırda mal-qara üçün qış mövsümünə yem tədarükü görürlər. İndi hər yerdə ot biçilir, silos basdırılır. Heyvandarlar 7 min hektardan çox sahənin yoncasını artıq üçüncü dəfədir ki, biçirlər. Bu işlərə 40-a yaxın texnika cəlb olunmuşdur. Cari ildə yonca sahələri daha 748 hektar artırılmışdır. Bu isə fermerlərə 100 min tondan artıq qaba yem tədarük etməyə imkan verəcəkdir.
Sahibkarlar cari ildə ötən ildəkindən 474 hektar çox pambıq əkilmişdir.
Hazırda 1480 hektar sahədə pambıq yetişdirilmişdir. Əkinlər 2 dəfə, bəzi yerlədə üç dəfə suvarılmışdır. Ziyanvericilərə qarşı mübarizə tədbirləri gücləndirilmişdir.
Hazırda sahələrdə qozaların kütləvi açılması müşahidə olunur.