DÜNYA


“AGM X2” smartfonu havada zərərli birləşmələri müəyyənləşdirəcək

Bakı, 19 iyul, AZƏRTAC

“AGM X2” smartfonunun rəsmən satışa çıxarılma müddətinin naməlum qalmasına baxmayaraq, insayderlər “MWC 2017” sərgisində nümayiş olunan qurğu haqqında məlumatları bölüşməkdə davam edirlər. Smartfon ikili ön kameraya havada uçan üzvi birləşmələrin (VOC) tərkibini monitorinq və təhlil etməyə imkan verəcək texnologiya ilə təchiz ediləcək.

AZƏRTAC “AndroidInsider” resursuna istinadən xəbər verir ki, bu maddələrin yüksək səviyyədə olması ölümlə nəticələnməsə də, ümumilikdə insan səhhətinə təsir göstərməklə başağrıları, süstlük və s. yaradır. Belə birləşmələrə, məsələn, karbohidrogen, aldehid, spirt, keton və terpentinlər aid edilir.

Bundan başqa, internetdə “AGM X2” smartfonunun arxa panelində adi “IP68” əvəzinə “MIL-STD-810G” yazısına rast gəlinən şəkilləri yayılıb. Bu, ABŞ Silahlı Qüvvələrində istifadə olunan xüsusi hərbi standartdır. Bu isə o deməkdir ki, qurğu ekstremal yüklənmə şəraitinə davamlıdır, qeyri-standart vəziyyətlərdə və yüksək temperaturlarda istifadə oluna bilər.

Smartfonun akkumulyator tutumunun 6 min milliamper/saat təşkil edəcəyi gözlənilir. Bu göstərici “AGM X1” qurğusunda 5400 milliamper/saata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.