Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AHİK-in nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq simpoziumda iştirak edir

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Türkiyənin İstanbul şəhərində “Məmur-Sen” Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası ilə Sosial, İqtisadi və Sosial Araşdırmalar və İslam Ölkələri üzrə Təlim Mərkəzinin (SESRİC) “İslam dünyasında həmkarlar ittifaqları” mövzusunda birgə təşkil etdiyi beynəlxalq simpozium işə başlayıb. Tədbir İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin həmkarlar ittifaqları arasında interaktiv forum mahiyyəti daşıyır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) AZƏRTAC-a bildiriblər ki, oktyabrın 17-dək davam edəcək simpoziumun əsas məqsədi İslam ölkələrində həmkarlar ittifaqına dair təcrübə və biliklərin bölüşülməsi və gələcəkdə iştirakçılar arasında davamlı əməkdaşlıq və birgə layihələr yaratmaqla ümumi problemləri həll edəcək yolların müzakirəsidir.

58 ölkənin 80 Həmkarlar İttifaqları Konfederasiyasını təmsil edən 116 nümayəndənin qatıldığı tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev simpoziumun qarşısına qoyduğu məqsədlərə çatacağına, əməkdaşlığa güclü təkan verəcəyinə və uğurlu nəticələr əldə edəcəyinə əminliyini ifadə edib və tədbirin işinə uğurlar arzulayıb.

Azərbaycan həmkarlar ittifaqlarının tarixi, bu günü və qarşısında duran vəzifələr haqqında məlumat verən S.Mehbalıyev bildirib ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan Respublikası işçilərinin ən iri həmkarlar ittifaqı birliyidir. Hazırda onun ətrafında 1 milyondan çox insanı əhatə edən 27 üzv təşkilat və 6 tabe təşkilat birləşib.

Hər il Azərbaycan Respublikası Nazirlər Kabineti, AHİK, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Burada işçilərin sosial-iqtisadi mənafeləri ilə bağlı məsələlər öz əksini tapır.

AHİK sədri onu da qeyd edib ki, həmkarlar ittifaqının təklifi ilə sosial partnyorlarla uzun sürən danışıqlardan sonra bu yaxınlarda, yəni, sentyabrın 30-da respublikamızda sosial və iqtisadi məsələlər üzrə Milli Üçtərəfli Komissiya yaradılıb. Eyni zamanda, həmin tarixdə “Layiqli Əmək üzrə Ölkə Proqramı” da qəbul edilib. “Hesab edirik ki, sosial və iqtisadi məsələlər üzrə Milli Üçtərəfli Komissiyanın yaradılması və proqramın qəbul olunması sosial tərəfdaşlarla əməkdaşlığın inkişafında mühüm rol oynayacaq”, – deyə AHİK sədri bildirib.

S.Mehbalıyev deyib: “Qanunvericiliklə bağlı bizim təkliflərimizə ölkədə diqqətlə yanaşılır. Bunlardan qəbul edilmiş təkliflərin bəzilərini simpozium iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm. 1999-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsi qəbul olunarkən bizim tərəfimizdən 100-dən çox təklif verilib və onların əksəriyyəti Əmək Məcəlləsində öz əksini tapıb. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən işəgötürən həmkarlar ittifaqı üzvünü bu təşkilatın razılığı olmadan işdən azad edə bilməz”.

Azərbaycan Respublikasının “Həmkarlar ittifaqları haqqında” Qanununda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklə mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından tutulan həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulması təmin edilir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür. Əks təqdirdə, üzvlük haqqı köçürməməyə görə vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olunurlar”.

“Bu gün Azərbaycan həmkarlar ittifaqları Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prioritet hesab etdiyi istiqamətlər üzrə öz fəaliyyətini inkişaf etdirir”, - deyə çıxışına davam edən AHİK sədri qeyd edib ki, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid, layiqli əmək, gənclər arasında işsizliyin aradan qaldırılması, gender problemləri, bütün diskriminasiya hallarının aradan qaldırılması, təhlükəsiz iş yerlərinin yaradılması və sair kimi məsələlər bizim əsas istiqamətlərimizdir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası fəaliyyət göstərdiyi 23 il ərzində dünyanın bir çox həmkarlar ittifaqları mərkəzləri ilə, o cümlədən Türkiyə, Polşa, Bolqarıstan, Belçika, Yaponiya, İrlandiya, İtaliya, Braziliya, Macarıstan, Norveç, İsrail, Çin və MDB ölkələrinin həmkarlar ittifaqları ilə əməkdaşlıq edir. Artıq on beş ildən çoxdur ki, AHİK dünya həmkarlar ittifaqlarının ən böyük ictimai qurumu olan, 1949-cu ildə yaradılmış, hazırda mənzil-qərargahı Brüssel şəhərində yerləşən və özündə 153 ölkədən 167,5 milyon həmkarlar ittifaqı üzvünü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan həmkarlar ittifaqlarının apardığı uğurlu sosial siyasətə, onun beynəlxalq aləmdəki işinə yüksək qiymət verir. Bu gün AHİK-in sədri Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan-Avropa Regional Şurasının vitse-prezidentidir.

Konfederasiya Azərbaycanın 1992-ci ildən üzvü olduğu Beynəlxalq Əmək Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlıq edir və onun keçirdiyi bütün tədbirlərdə dövlət orqanları ilə birlikdə fəal iştirak edir.

S.Mehbalıyev daha sonra bildirib ki, bu gün regionda Azərbaycan-Türkiyə münasibətləri xüsusi yer tutur. Ortaq dəyərlərə malik olan Azərbaycan-Türkiyə əməkdaşlığı möhkəm təmələ söykənib. Türkiyə və Azərbaycan, bu ölkələrin onların həmkarlar ittifaqları istər xoş, istərsə də ağır günlərində bir-birinin yanında olduqlarını dəfələrlə təsdiq ediblər. Ölkələrimiz arasında dostluq, qarşılıqlı anlaşma və hərtərəfli əməkdaşlıq davam etməkdədir.

“Cari il iyulun 15-də qardaş Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı hadisələr Azərbaycanda da böyük narahatlıq və üzüntü ilə qarşılandı. Həmişə Türkiyə xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı, o cümlədən həmkarlar ittifaqları da Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti dərhal qətiyyətlə pislədiyini rəsmi qaydada bəyan etdi. Eyni zamanda, hadisənin ertəsi gün qardaş Türkiyə Həmkarlar İttifaqları Birliklərinin hamısına faks və elektron poçt vasitəsilə narahatlığımızı bildirdik. Bizim üçün çox xoşdur ki, qardaş türk dövlətinin, xalqının həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə vəziyyət qısa zamanda sabitləşərək əvvəlki qaydasına düşdü”, – deyə S.Mehbalıyev vurğulayıb. O, dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı canlarını qurban verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan həmkarlar ittifaqlarının üzvləri adından dərin hüznlə başsağlığı verib.

S.Mehbalıyev bildirib ki, AHİK İslam ölkələrindən Tunis, Misir, İraq, Pakistan, Əlcəzair və digər ölkələrlə də geniş əməkdaşlıq edir: “Bu ölkələrə qarşılıqlı səfərlərimiz, işbirliyimiz beynəlxalq tədbirlərdəki görüşlərimiz İslam dünyası həmkarlar ittifaqları ilə yaxın münasibətlərimizin təməlini qoyub”. AHİK-in sədri bu simpoziumun İslam ölkələrində həmkarlar ittifaqları təşkilatlarının bilik və təcrübəsinin qarşılıqlı şəkildə ötürülməsinə və mövcud problemlərin həlli yolunda davamlı əməkdaşlığa vəsilə olacağına əminliyini ifadə edib.

S.Mehbalıyev simpozium iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan həmkarlar ittifaqları fəaliyyət göstərdiyi bu illər ərzində özünün əzəli vəzifəsi olan işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsində informasiya mübadiləsinə böyük önəm verib.

“İnformasiya mübadiləsinə niyə önəm veririk? Müsəlman ölkələrini öz ətrafında birləşdirən, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqların mənafelərinin qorunması işinə mühüm töhfələr verib. Dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır. Təəssüf ki, Qərbin islamofob dairələri müsəlman dünyasında baş verən dəyişiklikləri birtərəfli və qərəzli formada təqdim edir. Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslam ölkələrinin həmkarlar ittifaqlarının informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili üçün belə tədbirlərin keçirilməsinə ehtiyac var. Mən müsəlman ölkələrinin həmkarlar ittifaqları arasında informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha effektli təbliği və digər məsələlərin uğurla həllinin təmin olunması üçün təklif edirəm ki, İslam ölkələrinin həmkarlar ittifaqları təşkilatlarının vahid mərkəzi yaradılsın”, - deyə AHİK-in sədri qeyd edib.

S.Mehbalıyev təklifinin simpozium iştirakçıları tərəfindən dəyərincə qiymətləndiriləcəyinə və İslam ölkələrinin həmkarlar ittifaqı hərəkatının öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var qüvvəsini sərf edəcəyinə ümidvar olduğunu deyib.

Tədbir çərçivəsində simpoziumda iştirak edən nümayəndə heyətləri üzvlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qəbul ediləcəkləri gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb