MƏDƏNİYYƏT
ƏHMƏD BAKIXANOV HAQQINDA SƏNƏDLİ FİLM
Dövlət televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində respublikanın xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanov haqqında çəkilmiş “Əhməd Bakıxanov” adlı yeni sənədli filmin istehsalı başa çatmışdır.
Birlikdən AZƏRTAC-ın müxbirinə demişlər ki, filmin quruluşçu rejissoru Mikayıl Nəsirovdur.
Sənədli ekran əsərində ustad tarzənin həyat və yaradıcılığı əks olunmuşdur. Bu məqsədlə arxiv materiallarından və müxtəlif sənədlərdən istifadə edilmişdir. Hazırda film üzərində montaj və səsləndirmə işləri aparılır.
Film hazır olduqdan sonra dövlət televiziyası ilə nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]