MƏDƏNİYYƏT
ƏHSƏN DADAŞOVUN XATİRƏSİ YAD OLUNMUŞDUR
Martın 14-də Azərbaycan Dövlət Muğam Teatrında tanınmış tarzən, xalq artisti Əhsən Dadaşovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri Muğam teatrının direktoru Arif Qazıyev açaraq Azərbaycan musiqi mədəniyyətinin və xalq musiqisinin inkişafında mərhum tarzənimizin xidmətlərindən danışmışdır.
Azərbaycan televiziyasının rejissoru Kamil Şahverdiyev Əhsən Dadaşovun Rəşid Behbudovla Ərəb ölkələrində və İrandakı konsertlərinin hələ musiqi ictimaiyyətinə məlum olmayan lent yazılarından ibarət hazıladığı kaseti teatra hədiyyə etmişdir.
Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının rəhbəri Adil Bağırov, xalq artistləri Habil Əliyev, Elmira Rəhimova, Şəfiqə Eyvazova və başqaları ustad tarzənimizlə bağlı xatirələrini danışmışdır.
Tədbirdə Əhsən Dadaşovun musiqi ictimaiyyətinə məlum olmayan lent yazıları səsləndirilmiş, incəsənət ustalarımız kosert proqramı ilə çıxış etmişlər.