İQTİSADİYYAT
AİB Transxəzər Nəqliyyat Dəhlizinin bir hissəsinin modernləşdirilməsi üçün Qazaxıstana vəsait ayıracaq
Bakı, 29 avqust, AZƏRTAC
Asiya İnkişaf Bankı Qazaxıstan Respublikası ilə Şərqi Asiya bazarları, habelə Xəzər dənizi və Avropa regionları arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə ölkənin nəqliyyat sisteminin modernləşdirilməsinə kömək üçün 240,3 milyon dollar kredit ayrılmasına razılıq verib.
AZƏRTAC bankın mətbuat xidmətinə istinadla xəbər verir ki, layihə çərçivəsinə ölkənin qərb hissəsində Aktobe-Makat yolunun təxminən 300 kilometri bərpa ediləcək və yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi və logistikanın effektivliyi üçün müasir nəqliyyat informasiya sistemi tətbiq ediləcək. Layihə nəticəsində Astana və Aktobe şəhərləri, böyük neft sənayesi və zəngin mineral ehtiyatları olan Atırau şəhəri, habelə ölkənin yeganə beynəlxalq dəniz ticarəti limanı Aktau arasında nəqliyyat əlaqələri yaradılacaq.
AİB-in məlumatına görə, müvafiq yol Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]