SİYASƏT


AIP agentliyinin baş direktoru: Bakı Konqresində müzakirə olunan mövzular hamımız üçün faydalıdır

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Birinci dəfədir ki, Dünya Xəbər Agentliklərinin Konqresinə dəvət olunuram. Bakı Konqresində müzakirə olunan mövzular hamımız üçün faydalıdır. Bu müzakirələr bizim agentliyin inkişafında da mühüm rol oynaya bilər.

Bu sözləri Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edən Fil Dişi Sahilinin AIP agentliyinin baş direktoru xanım Valentin Klodin Sana Ne Bari AZƏRTAC-a müsahibəsində deyib.

“Konqresdə müzakirə edilən mövzular bizə çox şey öyrədəcək. Burada agentliklərlə yanaşı, sosial şəbəkələr vasitəsilə yayılan xəbərlərlə bağlı məlumatlar da bizim üçün əhəmiyyətlidir”, - deyə AIP agentliyinin baş direktoru bildirib.

Hazırda medianın qarşısında yeni çağırışların mövcud olduğunu söyləyən Valentin Klodin Sana Ne Bari xəbərin hazırlanması və yayılmasında innovasiyalardan istifadənin vacibliyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.