Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Aİ-nin gələcəyi: Darendorf Forumunun fərqli ssenariləri

Aİ-nin gələcəyi: Darendorf Forumunun fərqli ssenariləri

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair referendumdan sonra mütəxəssislər "köhnə qitə"nin siyasi, geosiyasi və hərbi-iqtisadi taleyi ilə bağlı analizlərini intensivləşdiriblər. Hazırda Avropanın özündə ekspertlər geniş fikir mübadiləsi aparır, təşkilatın mümkün transformasiya formalarını müzakirə edirlər. Onların sırasında ciddi analizləri və proqnozları ilə tanınan Darendorf Forumunun builki məruzəsi böyük maraq doğurur. Mütəxəssislər hesab edirlər ki, bu Forum öz analitik işlərinə daim ciddi və yüksək hazırlıqlı ekspertləri dəvət edir. Buna görə də onların hazırladıqları məruzələr populist deyil, elmi əsası olan analizdir. Son olaraq Darendorf Forumu Aİ-nin 2025-ci ilə qədər müddətdə uğraya biləcəyi transformasiyalar barədə geniş proqnostik məruzə hazırlayıb. Sənədin bir çox məqamları geosiyasi aspektdə maraq doğurduğundan onlar üzərində dayanmağa ehtiyac görürük.

Avropanın problemləri: mənbəyi və həlli yolları

Avropa İttifaqının qarşılaşdığı böhran mütəxəssisləri bu təşkilatın gələcəyi ilə bağlı tədqiqatları gücləndirməyə sövq edib. Son zamanlar müxtəlif ssenarilərdən bəhs edilir, Aİ-nin böyük geosiyasi güclərlə münasibətlərinin təhlili aparılır. Bu ilin may ayının 25-27-də Berlində Darendorf Forumunda həmin istiqamətdə maraqlı müzakirələr keçirilib. Dünyanın müxtəlif ölkələrindən 400-dən çox ekspert, siyasətçi, jurnalist, iş adamları, ictimai hərəkat liderləri tədbirdə iştirak ediblər. Onun ümumi mövzusu "Avropa və dünya: təhlükəsizliyə olan qlobal təhdidlər və qüvvələr balansında dəyişmələr" olub. Tədbirdə Darendorf Forumunun hazırladığı məruzə maraqla qarşılanıb (bax: European Union in the World 2025: Scenarios for EU relations with its neighbours and strategic partners. Edited by Monika Sus & Franziska Pfeifer / "Dahrendorf-forum.eu").

Əvvəlcə onu qeyd edək ki, Darendorf Forumunun əsası 2010-cu ildə Hertie İdarəetmə Məktəbi, London İqtisadiyyat Məktəbi və Merkator Fondu tərəfindən qoyulub. O, məşhur alman sosioloqu Ralf Darendorfun (1929-2009) şərəfinə yaradılıb. Bir qayda olaraq, burada Avropa və dünya siyasətinin aktual problemləri müzakirə edilir. Başlanğıcda qurucular yüksək səviyyəli simpoziumlar seriyası təşkil ediblər. İndi isə bu təşəbbüs Avropanın gələcəyinin tənqidi dərkini stimullaşdıran alimlərin və siyasətçilərin birliyinə çevrilib.

Maraqlıdır ki, Forumun təşkilatçıları həmişə ciddi tədqiqatçıları analitik proqnozlar hazırlamağa cəlb edirlər. Bu səbəbdən Darendorf Forumunun hesabatlarına böyük önəm verilir, onlar obyektiv təhlil kimi qəbul edilir. Bu il hazırlanan və 2025-ci ilə qədər olan müddəti əhatə edən analitik-proqnostik hesabat da istisnalıq təşkil etməyib.

Son hesabatın hazırlanmasında 60-dan çox ekspert iştirak edib. Onlar Aİ-nin 2025-ci ilədək 18 mümkün dəyişmə ssenarilərini proqnozlaşdırıblar. Maraqlıdır ki, 10 variantda Avropanın siyasi birliyinin çat verəcəyinin gözlənildiyi vurğulanır. 6 ssenaridə pozitiv dəyişikliyə – siyasi birliyin yüksələcəyinə yer verilir, 2-də isə indiki vəziyyətin saxlanacağı nəzərdə tutulur (bax: əvvəlki mənbəyə). Kəmiyyət baxımından bədbin ssenarilər üstünlük təşkil edir. Aİ-də inteqrasiyanın dərinləşməsi istisna edilmir, lakin o, bir çox əlavə şərtlərə bağlanır. Bütövlükdə vəziyyətin dəyişməyəcəyini proqnozlaşdıranlar isə azlıq təşkil edirlər.

Buradan bir mühüm qənaət əldə etmək olar: Avropa İttifaqının siyasi taleyi barədə mütəxəssislərin yekdil fikri yoxdur. Bunun əsas səbəbi Avropada maliyyə, siyasi, ideoloji və iqtisadi böhranın davam etməsidir. Deyilənlərə son dövrlərdə təhlükəsizlik faktoru da əlavə olunub. Sonuncunu aktuallaşdıran isə terror və miqrasiya amillərinin getdikcə güclənməsidir. Təsadüfi deyil ki, Aİ rəsmiləri böhrandan xilas olmaq üçün irəli sürdükləri təkliflərdə müdafiə məsələlərinə və hərbi inteqrasiyanın genişlənməsinə xüsusi önəm verirlər (məsələn, Federika Moqerininin Aİ-nin transformasiyası ilə bağlı konsepsiyası haqqında apardığımız analizdə həmin məqama geniş yer verilib).

Vurğulanan kontekstdə “Brexit”in Avropa siyasi şüurunda və ictimai rəyində yaratdığı dəyişiklikləri mütəxəssislər ciddi surətdə nəzərə alırlar. Düşündürücüdür ki, onlar bunun mümkün nəticələrini nəzəridən çox, praktiki müstəvidə qiymətləndirirlər. Bu isə elmi olaraq o deməkdir ki, "Brexit" avropalıların şüurunda kök salmış sosial, psixoloji və siyasi-ideoloji faktorlarla sıx bağlıdır. Onda həmin hadisəni Avropa siyasətinin praktiki problemlərindən biri kimi qəbul etmək olar. Bu tezisi qəbul etsək, onda "Brexit"i Avropa siyasi birliyində ilk çat hesab etmək olar. Görünür, Darendorf Forumunun ekspertləri məhz bu özəlliyi diqqətə alaraq Aİ-də siyasi çatların dərinləşə biləcəyini proqnozlaşdırıblar. Problemin başqa aspekti Avropa İttifaqının daxilində gedən sosial-psixoloji, siyasi və ideoloji faktorlara bağlıdır. Belə ki, analitiklər üzv-dövlətlər arasında fikir ayrılığının dərinləşməsini önə çəkirlər.

Daxildən və xaricdən baxış: ideoloji "iflic" və böyük güclərlə əlaqə

Bir sıra hallarda ekspertlər "Aİ-nin iflici" kimi daha sərt ifadə işlədir, bunun milliyyətçiliyin güclənməsindən qaynaqlandığı vurğulanır. Eyni zamanda, iqtisadi tənəzzül, hüquqi radikallığın artması, populizmin yüksəlişi, milli elitaların daxili problemlərin həllinə konsentrasiya olması, miqrasiya və terrora qarşı səmərəli mübarizə konsepsiyasının olmaması, insan haqları sahəsində geriləmələrin mümkünlüyü ayrıca qeyd edilir (bax: əvvəlki mənbəyə, s.20-21).

Digər vacib amil kimi Avropa elitasının "ictimai rəyi idarəetmə" imkanlarını məhdudlaşdıran informasiya texnologiyalarının inkişafı göstərilir (bax: əvvəlki mənbəyə, s.7).

Burada əhəmiyyətlisi odur ki, ekspertlər Avropa ölkələrinin əhalisi arasında Qərb dəyərlərinin möhkəm kök saldığına şübhələrin olmasını arqument kimi göstərirlər (bax: məs., Николай Кавешников. Небезопасная Европа в нестабильном мире / "Российский совет по международным делам", 19 iyul 2016). Məsələnin çətinliyi ondan ibarətdir ki, müasir informasiya texnologiyaları konkret bir ideyanı milyonların əxz etməsində ciddi çətinliklər yaradır. Avropa dəyərlərini kütləvi olaraq əhaliyə yeritmək bu baxımdan problemlidir. Əgər insanlar fərqli düşünürlərsə, onları vahid mövqeyə gətirməyin sosial-psixoloji risklərini də unutmaq olmaz. Tarixdə bunun nümunəsi kimi ekspertlər SSRİ-nin "ictimai rəyi idarəetmə" sahəsindəki acı təcrübəsini göstərirlər. Deməli, ekspert rəyinə görə, Aİ ciddi ideoloji böhran mərhələsindədir. Bunun isə böyük fəsadlarının ola biləcəyi şübhə doğurmur.

Deyilənlərdən mütəxəssislər belə nəticə çıxarırlar ki, Aİ-nin geniş mənada iki seçim yolu var: birincisi, idarəetməni daha da mərkəzləşdirmək, ikincisi, təşkilatın deqradasiya riskini azaltmaq, çünki bu təhlükə realdır. Bu vəziyyətlərdən xilas yolu isə ya Aİ-də təhlükəsizliyi möhkəmlətməklə inteqrasiyanı dərinləşdirmək, ya da ən azından onun indiki səviyyədə birliyini saxlamaqdır. Mütəxəssislər bunlardan hansısa birinin şansının yüksək olduğu fikrində deyillər. Əksinə, Aİ-ni beynəlxalq geosiyasi kontekstdə nəzərdən keçirdikdə, daha çox mümkün təhlükələrdən bəhs edirlər.

Həmin çərçivədə Aİ-ABŞ (bax: European Union in the World 2025: Scenarios for EU relations with its neighbours and strategic partners. Edited by Monika Sus & Franziska Pfeifer / "Dahrendorf-forum.eu", s. 5-15), Aİ-Çin (bax: əvvəlki mənbə, s.16-23), Aİ-Rusiya (bax: əvvəlki mənbə, s.24-36) və Aİ-Türkiyə (bax: əvvəlki mənbə, s.37-44) münasibətlərinin təhlili olduqca maraqlıdır. Ekspertlər bu böyük güclərin hər biri ilə Aİ-nin fərqli münasibətlər qurmalı olduğu tezisini irəli sürürlər. Məsələn, ənənəvi olaraq əsas strateji tərəfdaş kimi təqdim olunan ABŞ ilə əməkdaşlığa ciddi yer ayrılır. Eyni zamanda, Vaşinqtonun Avropanı "təcrid siyasəti"ndən narahatlıq da ifadə olunur (bax: əvvəlki mənbə, s.9-12). Amerikanın Çinə üz tutması nəticəsində transatlantik məkanda geosiyasi qüvvələr nisbətinin dəyişəcəyindən ehtiyat edilir.

Buna baxmayaraq, qlobal dünya gücü kimi qəbul edilən Çinlə əməkdaşlığa xüsusi önəm verilir (bax: əvvəlki mənbə, s.16-23).

Maraqlıdır ki, Rusiyanı ekspertlər yalnız regional lider keyfiyyətində qəbul edir və onu Ukrayna faktoru ilə sıx əlaqədə nəzərdən keçirirlər (bax: əvvəlki mənbə, s.24-36).

Nəhayət, Qərb ekspertləri Aİ-Türkiyə münasibətlərinə xüsusi diqqət yetiriblər. Onlar Türkiyəni özünü təsdiqləmiş "regional hegemon" (bax: əvvəlki mənbə, s.37) kimi qiymətləndirir və Ankara ilə əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edirlər (bax: əvvəlki mənbə, s.37-44).

Beləliklə, Darendorf Forumu üçün hazırlanmış hesabat göstərir ki, indiki mərhələdə ekspertlər Aİ-nin gələcəyi ilə bağlı fərqli ssenarilərdən bəhs edirlər. Onlar həm təşkilat daxilində, həm də xarici siyasət sahəsində mövcud olan ziddiyyətləri təhlil edərək Avropa İttifaqının müxtəlif formalarda transformasiyasının mümkünlüyünü proqnozlaşdırırlar. Belə çıxır ki, Aİ vacib dəyişikliklər ərəfəsindədir, lakin bunun konkret ifadəsi ilə bağlı mütəxəssislər arasında vahid mövqe yoxdur.

Kamal Adıgözəlov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur