DÜNYA


Aİ vətəndaşlarının çoxu “brexit” tipli referendumlarda səs vermək istəyir

Bakı, 16 iyun, AZƏRTAC

Avropa İttifaqına üzv ölkələrin əhalisinin 53 faizi ölkələrinin Aİ-də üzvlüyü məsələsinin qoyulduğu referendumda iştirak etmək istəyərdi. Buna baxmayaraq, respondentlərin yalnız 18 faizi İttifaqı tərk etməyin tərəfdarıdır.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Pew Research Center” elmi-tədqiqat mərkəzinin apardığı sorğunun nəticəsində öz əksini tapıb. Məruzədə qeyd olunur ki, Avropa İttifaqından çıxmaq istəyi ən çox İtaliya və Yunanıstanda qeydə alınıb.

Bununla yanaşı, avropalıların 74 faizi miqrasiya siyasətinin Aİ orqanlarının əlində deyil, məhz milli hökumətlərin nəzarətində olmasına tərəfdar çıxıb.

“Pew Research” kompaniyasının əməkdaşları tədqiqat çərçivəsində Böyük Britaniya da daxil olmaqla, 10 ölkədən 9935 nəfərin rəyini öyrənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.