MƏDƏNİYYƏT
“ALISA”-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin müdavimlərinə sertifikatlar təqdim olunub
Bakı, 3 sentyabr, AZƏRTAC
Avqustun 22-dən sentyabrın 2-dək M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Treninq mərkəzində keçirilən “Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALISA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunub.
Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Milli Kitabxanada 10 günlük treninqlər təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Kitabxananın direktoru, əməkdaşları, trenerləri, Ultra şirkətinin mütəxəssisi, Xızı, Şabran, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Balakən, Lənkəran rayon, Bakı şəhər Səbail, Nizami və Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak ediblər.
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar.
Sonda müdavimlərə sertifikatlar təqdim edilib.