RƏSMİ XRONİKA
ALİ SOVETDƏ QƏBUL
Qəbulda həm də iki ölkə arasında əlaqələrin hazırki vəziyyəti və gələcək perspektivləri də müzakirə olunmuşdur.
Elə həmin gün Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən respublika Ali Sovetinin sədri Heydər Əliyev ABŞ-ın Bakıdakı səfiri Riçard Maylsı da qəbul etmişdir. Onun ATƏM-in Minsk konfransının sədri Mario Raffaelli ilə Bakıda aparılmış danışıqlar, əldə edilmiş bəzi razılaşmalar barədə söhbəti olmuşdur. Səmimilik şəraitində keçən bu görüşdə də ABŞ, Rusiya və Türkiyənin bölgədə sülhə nail olmaq üçün vasitəçilik səylərinin artırılmasının zəruriliyi qeyd edilmişdir. Söhbətdə qarşılıqlı maraq doğuran məsələlərə, iki ölkə arasında əlaqələrin gələcək perspektivlərinə də toxunulmuşdur.
Qəbullarda xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə iştirak etmişdir.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri