DÜNYA
ALMANLAR MİXAEL ŞUMAXERƏ ABİDƏ UCALDACAQLAR
AZƏRTAC-ın müxbiri Berlindən xəbər verir ki, Almaniyada dünyanın ən məşhur avtomobil yürüşçüsü Mixael Şumaxerə və onun “Ferrari” yürüş maşınına abidə qoyulacaqdır. Berlinin yaxınlığındakı Vansdorf şəhərciyində abidənin ucaldılması işlərinə artıq başlanmışdır.
Kompozisiyanın müəllifi Yoaxim Mats demişdir ki, metal konstruksiyada Mixael Şumaxerin 2002-ci ildə “Formula-1” yürüşündə dünya çempionu adını qazandığı “Ferrari” avtomobili natural ölçüdə təsvir olunacaqdır.
Abidədə “Qran-pri” mükafatlarını qazanmış və məhz “Ferrari” avtomobillərində dünya çempionları olmuş bütün avtomobil yürüşçülərinin adları həkk ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]