ELM VƏ TƏHSİL
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclasında aktual məsələlər müzakirə olunub
Bakı, 30 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, iclasda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov rəhbərlik etdiyi qurumun fəaliyyətinin təşkili, institutlarda aparılmış monitorinqlərin nəticələri, “Bakı Elm Festivalı-2014”, AMEA gənc alim və mütəxəssislərinin I futbol çempionatı ilə bağlı məlumat verib. F.Salmanov bu ilin oktyabr ayında gənc alim və tədqiqatçıların Bakıda keçiriləcək yer, texnika və kimya elmləri üzrə I Beynəlxalq elmi konfransına hazırlıq işlərinin mühüm məsələlərdən olduğunu söyləyib, bu istiqamətdə görüləcək işləri nəzərə çatdırıb.
Sonra şuralar üzrə illik hesabatın məzmunu və forması haqqında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.