ELM VƏ TƏHSİL


AMEA Mərkəzi Nəbatat Bağının elmi əsərlərinin növbəti cildi çapdan çıxıb

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının (MNB) elmi əsərlərinin növbəti - XIV cildi çapdan çıxıb. Məcmuə Mərkəzi Nəbatat Bağının baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Maqsud Qurbanovun 75 illik yubileyinə həsr olunub.

MNB-dən AZƏRTAC-a bildirilib ki, toplu Abşeronun quru subtropik şəraitində yerli, ayrı-ayrı ölkələrin florasından olan bəzək, dərman, efir yağlı kol, ot və çiçək bitkilərinin öyrənilməsinə həsr edilib. Kitabda bir sıra bitkilərin bioloji xüsusiyyətləri, o cümlədən biomorfologiyası, bioloji müxtəlifliyi, boy və inkişafının dinamikası, çoxaldılma üsulları, ilkin becərilmə aqrotexnikası, respublikanın şəhər və digər yaşayış məntəqələrinin yaşıllaşdırılmasında istifadəsi haqqında tövsiyələr verilib.

Nəşrdən bitkilərin introduksiyası ilə məşğul olan elmi işçilər, aqronomlar, biologiya və kənd təsərrüfatı mütəxəssisləri, doktorantlar, tələbələr, həvəskar bağbanlar istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.