ELM VƏ TEXNOLOGİYA


“AMEA Mikrobiologiya institutunun elmi əsərləri 2016” toplusu nəşr olunub

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutu tərəfindən nəşr olunan və institut əməkdaşlarının illik elmi əsərlərini, monoqrafiyalarını, xaricdə və ölkənin nüfuzlu elmi jurnallarında dərc olunan yazılarını əhatə edən “AMEA Mikrobiologiya institutunun elmi əsərləri 2016” toplusu işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab Mikrobiologiya İnstitutunun elmi şurasının qərarı ilə 2003-cü ildən nəşr edilir.

Toplu institutun 2016–cı ildəki elmi axtarışlarının məcmusu kimi mikrobiologiya elminin müasir nailiyyətlərini özündə əks etdirir və gələcəkdə elmi axtarışlarda inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından böyük əhəmiyyətə malikdir.

Kitab müxtəlif elmi-tədqiqat institutlarında və ali məktəblərdə mikrobiologiya, mikologiya, eləcə də ümumi biologiya və ekologiya sahələrində aparılan elmi tədqiqat işlərinin materialları əsasında hazırlanıb.

Topluda institutun 2016-cı il üçün elmi nəşrlərinin statistikasını aydın görmək mümkündür. Həmçinin əməkdaşların əlifba sırası ilə göstəriciləri verilir ki, bu da ümumi göstərici ilə yanaşı, institutun alimlərinin illik göstəricilərini müəyyənləşdirməyə imkan verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.