ELM VƏ TƏHSİL
AMEA-NIN FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİNİN HESABATI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bölmənin akademik-katibi, akademik Akif Hacıyev hesabat məruzəsində ölkəmizdə elmin inkişafında görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri, Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, Bölmə institutlarında aparılmış elmi tədqiqat işlərinin mühüm nəticələrini, beynəlxalq əlaqələr, alınmış qrantlar barədə ətraflı məlumat vermişdir.
Keçən il Bölmənin elmi müəssisələri 77 mövzu üzrə 238 tədqiqat aparmış, 35 elmi işin nəticəsi xalq təsərrüfatına tətbiq olunmuş, 27 monoqrafiya, 963 məqalə nəşr edilmişdir. Məqalələrin 420-si xarici ölkələrdə çap olunmuşdur.
İclasda həmçinin mövcud problemlər və onların həlli yolları ilə bağlı təkliflər verilmişdir. Çıxış edən alimlər Bölmənin fəaliyyətini müsbət qiymətləndirmişlər.