REGİONLAR


AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Dövlət Universiteti arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub

A+ A

Naxçıvan, 24 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) AMEA Naxçıvan Bölməsinin aparıcı əməkdaşları ilə universitetin magistrantlarının görüşü olub.

AZƏRTAC xəbər verir ki, NDU-nun rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə magistratura pilləsi üzrə təhsilin inkişaf səviyyəsindən danışıb. Bildirib ki, magistraturanın fəaliyyəti 37 kafedranı əhatə edir. Universitetdə 47 ixtisas üzrə magistratura təhsili verilir. Rektor universitetin AMEA Naxçıvan Bölməsi ilə səmərəli elmi əməkdaşlığın olduğunu, təcrübə mübadiləsi aparıldığını qeyd edib.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev deyib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə yaradılan bölmə Naxçıvanın mühüm elmi-tədqiqat mərkəzidir. Burada 6 elmi-tədqiqat institutu, Biokimyəvi Tədqiqatlar Laboratoriyası, “Nəbatat bağı”, zəngin elektron kitabxana, elektron portallar, “Tusi” nəşriyyatı, iki seriyada nəşr olunan “Xəbərlər” jurnalı, “Axtarışlar” jurnalı, Dissertasiya Şurası fəaliyyət göstərir. Bölmə Beynəlxalq İnternet Şəbəkəsinə qoşulub.

Akademik NDU-nun AMEA Naxçıvan Bölməsi üçün fundamental kadr potensialı rolu oynadığını vurğulayıb, magistrantlara boş iş yerləri haqqında məlumat verib, onları fəal əməkdaşlığa, məhsuldar elmi fəaliyyətə dəvət edib.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov magistrantlara yaradıcı elmi tədqiqatla məşğul olmağı tövsiyə edib, elmi nailiyyətlər qazanmağın sonsuz maraq və sevgi, elmi fədakarlıq nəticəsində mümkünlüyünü vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.