QAN YADDAŞI
AMЕA Naxçıvan Bölməsinin Mərkəzi elmi kitabxanasında Xocalı faciəsinə həsr olunan sərgi açılıb
Naxçıvan, 20 fevral, AZƏRTAC
AMЕA Naxçıvan Bölməsinin Mərkəzi elmi kitabxanasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən sərgi təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə “Tarixi həqiqətin soyqırımı”, Azərbaycan və rus dillərində “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, Azərbaycan, rus və ingilis dillərində “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “Xocalı soyqırımı” (sənədlər, faktlarda və xarici mətbuatda), “Türkün Xocalı soyqırımı”, “Erməni terroru”, “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, “Qarabağ həqiqətləri”, “Qarabağ düyünü”, “Qarabağ harayı” və digər kitablar nümayiş etdirilir.
Bir neçə bölmədən ibarət olan sərgidə, həmçinin türk, rus və ingilis dillərində çap olunan kitablar da yer alıb.
Xocalı hadisəsini əks etdirən sərgi fevralın sonunadək davam edəcək.