ELM VƏ TƏHSİL


AMEA Yüksək Texnologiyalar Parkı "EPC Group" MMC ilə əməkdaşlığa dair saziş imzalayıb

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 26-da Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı (AMEA YTP) ilə "EPC Group” MMC arasında əməkdaşlığa dair saziş imzalanıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində AMEA YTP-nin direktoru Vüqar Babayev Azərbaycanda elm potensialından istifadə etməklə innovativ layihələrin istehsalata ötürülməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, elmi ixtiraların kommersiyalaşdırılması nəticəsində əldə olunan məhsullar yalnız daxili bazar üçün deyil, eyni zamanda, xarici bazar üçün nəzərdə tutulub.

"EPC Group"un baş direktoru Məhəmməd Miyabi rəhbərlik etdiyi şirkətin elmi tədqiqat və ixtiraların kommersiyalaşdırılması məqsədilə AMEA YTP ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edilib ki, əsasən mühəndislik üzrə ixtisaslaşan "EPC Group" böyük biznes komandasına və investisiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. Müxtəlif ixtiraların, elmi tədqiqatların nəticələrinin tətbiqini həyata keçirən "EPC Group" texnologiyaların inkişafının uğurlu nəticələrini mövcud beynəlxalq şəbəkə imkanlarından istifadə etməklə kommersiyalaşdırmağı qarşıya məqsəd qoyub.

Sazişdə "EPC Group"un fəaliyyəti üçün AMEA YTP-yə aid sənaye sahəsində lazımi şəraitin təmin olunması nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində "EPC Group" ilə AMEA Yüksək Texnologiyalar Parkına təqdim olunan və “Texnoloji Transfer” xidmətindən keçən bir sıra layihələrin müəllifləri arasında investisiya tərəfdaşlığına dair sənədlər imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.