ELM VƏ TƏHSİL


AMEA Yüksək Texnologiyalar Parkının direktoru Rusiyada bir sıra görüşlər keçirib

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev Rusiyanın Sankt-Peterburq şəhərində bir sıra görüşlər keçirib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, V.Babayev səfər çərçivəsində Sankt-Peterburq İnformasiya Texnologiyaları və Mexanika və Optika Milli Tədqiqat Universitetinin (İTMO) rəhbərliyi ilə görüşüb. Görüş zamanı İTMO-nun Biznes-İnkubator Mərkəzinin direktoru Elena Qavrilova və İTMO Texnoparkı müdirinin müavini Olesya Baranyuk təmsil etdikləri qurumun fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, İTMO-da fəaliyyət göstərən Binez-İnkubator Mərkəzi tələbələri təhsil və elmi-innovativ layihələrə cəlb etməklə gənc sahibkarlığın inkişaf etdirilməsi üçün onlara tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərir.

Sonra universitetin texnoparkının Fabrik Laboratoriyası (FabLab) ilə tanışlıq olub. Bildirilib ki, tələbələr bu laboratoriya-emxalatxanada yüksək texnologiya ilə təchiz olunmuş avadanlıqdan istifadə etməklə fərdi layihələrini həyata keçirirlər. “FabLab”ın yaradılmasında məqsəd tələbələrin öyrənmə prosesinin səmərəliliyinin artırılması, onların müstəqil yaradıcı elmi-tədqiqat fəaliyyətinin aktivləşdirilməsi və gələcək mütəxəssislərin təlim şəraitinin yaxşılaşdırımasıdır.

Daha sonra universitetin Optika Muzeyinə ekskursiya təşkil edilib. Bildirilib ki, Rusiyanın ilk interaktiv təhsil sərgisi olan Optika Muzeyi İTMO Universitetinin innovativ təhsil proqramı çərçivəsində yaradılıb. Burada müəllim və tələbələr üçün informativ stendlər, lazer oyun otağı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.