ELM VƏ TEXNOLOGİYA


AMEA-da “Elmi problemlər reyestri”nin konsepsiyası hazırlanır

A+ A

Bakı,30 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Elmi problemlər reyestri”nin konsepsiyası hazırlanır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konsepsiyaya əsasən, respublikada fəaliyyət göstərən elmi qurumlarda tədqiq olunan dissertasiya işləri pasportlaşdırılaraq vahid reyestrdə saxlanılacaq. Elmi işlərin emalı prosesindən əldə olunan nəticələr aparılan tədqiqatlarda təkrarçılığın aşkarlanmasında, araşdırmaların səmərəliliyinin artırılmasında, ayrı-ayrı tədqiqatçı və elmi qurumların fəaliyyətlərinin qiymətləndirilməsində mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.