ELM VƏ TEXNOLOGİYA


AMEA-da Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Cari ilin payızında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsinin təşkilatçılığı ilə Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.

Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə şairin həyat və yaradıcılığından danışılacaq, “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində”, “Tənqidin Səməd Vurğun hədəfi”, “Səməd Vurğun dramaturgiyasında müəllif problemi”, “Səməd Vurğun və teatr”, “Səməd Vurğunun dili” mövzularında məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.