ELM VƏ TEXNOLOGİYA


AMEA-da Vahid Elektron Kataloq yaradılacaq

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda keçirilən konfransın nəticələrinə əsasən Vahid Qeydiyyat Sisteminin (VQS) tətbiqi ilə akademiyanın institut və müəssisələrinin Vahid Elektron Kataloqunun yaradılması zərurəti yaranıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasından AZƏRTAC-a bildiriblər ki, bu ilin mart-aprel aylarında MEK-in əməkdaşları tərəfindən Vahid Qeydiyyat Sistemi (VQS) hazırlanıb istifadəyə verilib.

AMEA institut və müəssisələrində VQS-nin tətbiqi ilə bağlı təlim-məşğələ keçirilib. Təlimdə VQS-nin təqdimatı, onun tətbiqi ilə əlaqədar çətinliklər və tələblər, eləcə də VQS-in hər müəssisə üçün ayrı-ayrılıqda MEK-də təlimat cədvəli razılaşdırlıb. Həmçinin növbəti müddətdə AMEA-nın bütün təşkilat və müəssisələrinin kitabxana və fondları üçün MEK-də iş yerlərində həmin sistemin tətbiqi ilə bağlı məşğələlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.