ELM VƏ TƏHSİL
AMEA-da audioinformasiya texnologiyaları problemləri üzrə araşdırmalar aparılır
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda audioinformasiya texnologiyaları problemləri və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Azərbaycanda e-dövlət üçün səmərəli audio-video xidmətləri mühitinin formalaşdırılması konsepsiyasının, eləcə də ölkədə e-tullantıların idarə edilməsi konsepsiyasının işlənməsi üzrə araşdırmalar davam etdirilir.
Tədqiqatlara əsasən, istifadəçilərə göstərilən audioxidmət vasitələri üçün səmərəli alqoritmlərin işlənməsi, audioxidmət vasitələrinin analizi və sintezi məsələləri, o cümlədən inkişaf etmiş ölkələrdə elektron-tullantıların idarə edilməsi məsələlərinin öyrənilməsi, həmçinin Azərbaycanda tətbiqi vəziyyəti və s. mövzular üzrə elmi-tədqiqat işlərinın aparılması nəzərdə tutulur.