ELM VƏ TƏHSİL


AMEA ilə Belarus Dövlət Elm və Texnologiya Komitəsi birgə müsabiqə elan edir

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Belarus Dövlət Elm və Texnologiya Komitəsi ilə birgə 2018-2019-cu illər üçün layihə müsabiqəsi elan edir.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin şərtlərinə əsasən, layihə təklifləri aqrar elmlər, biotibb və farmakologiya sahələri üzrə təqdim edilməlidir.

Layihə təklifləri iyulun 14-dən sentyabrın 15-dək AMEA Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir. Layihələrin elektron variantı [email protected] ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.