ELM VƏ TEXNOLOGİYA


AMEA ilə “Thomson Reuters” agentliyi arasında əməkdaşlığa dair razılaşma əldə edilib

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev “Thomson Reuters” agentliyinin elm və intellektual mülkiyyət departamentinin müdiri Oleq Utkin, dövlət sektorunda biznesin inkişafı üzrə direktoru Sergey Xristolyubov və agentliyin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə ilə görüşüb. Məqsəd AMEA ilə agentlik arasında əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA ilə “Thomson Reuters” agentliyi arasında əməkdaşlıq üzrə ilkin razılaşmalar əldə edilib.

Akademik İ.Quliyev Azərbaycanda elmi nəşrlərin beynəlxalq bazalara inteqrasiyasına xüsusi diqqət yetirildiyini və bu istiqamətdə müəyyən uğurların əldə olunduğunu söyləyib. AMEA-nın vitse-prezidenti “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının “Thomson Reuters” şirkətinin “Emerging Sources Citation Index (ESCI)” siyahısına daxil olduğunu xatırladıb.

Qeyd edilib ki, agentliklə əməkdaşlıq Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətli olacaq. Bu əməkdaşlıq ölkədə elmin dinamik inkişafı, dünya elminə inteqrasiyasının sürətlənməsi, onun səmərəliliyinin və keyfiyyət səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək.

O.Utkin “Thomson Reuters” agentliyinin fəaliyyəti barədə məlumat verib. O deyib ki, təmsil etdiyi qurum alimlərin dünyanın nüfuzlu elmi jurnalları bazasından istifadəsi üçün geniş imkanlar yaradır.

Qonaq vurğulayıb ki, akademik İ.Quliyevin elmi əsərlərinə istinadların sayı olduqca yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.