ELM VƏ TEXNOLOGİYA


AMEA ilk dəfə Almaniyada təhsil alan tələbələrə tədqiqat təcrübəsi üçün ev sahibliyi edəcək

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC 

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “RISE worldwide” (https://www.daad.de/rise-worldwide/) adlanan proqramı artıq səkkiz ildir ki, fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilk dəfə bu proqramda iştirak üçün dəvət olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiya 2017-ci ildə Almaniya universitetlərində biologiya, kimya, fizika, yer elmləri və mühəndislik sahələri üzrə təhsil alan tələbələrə tədqiqat təcrübəsi üçün ev sahibliyi etmək imkanı əldə edir.

Proqramla əlaqədar DAAD tərəfindən AMEA-da seminar keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.