ELM VƏ TƏHSİL


AMEA-nın 41 yeni üzvünə diplomlar təqdim olunub

Bakı, 24 may, AZƏRTAC 

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın yeni seçilmiş 16 həqiqi və 25 müxbir üzvünə diplomlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə yeni üzvləri təbrik edərək onlara elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və prioritetlərinin həyata keçirilməsində uğurlar diləyib, Azərbaycan elminin davamlı inkişafı naminə səfərbər olmağa çağırıb.

Akademik ötən ay keçirilən AMEA-nın ümumi yığıncaqlarından söz açıb. O, bu tədbirlərdə Azərbaycan elminin inkişafı və respublikanın ictimai-mədəni həyatı üçün mühüm olan bir sıra məsələlərin müzakirə edildiyini deyib: “Akademiyanın ölkə Prezidenti İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin həyata keçirilməsində AMEA-nın yaxından iştirakının təmin edilməsi, AMEA-da prioritet istiqamətli elmi tədqiqatlara üstünlük verilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul olunub, AMEA üzvlüyünə seçkilər keçirilib”.

Tədbirdə A.Əlizadə AMEA-nın yeni üzvlərinə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı və vəsiqələri təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.