ELM VƏ TEXNOLOGİYA


AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı İranda keçirilən tədbirdə iştirak edib

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi Sonaxanım Hadıyeva (Sona Xəyal) İran İslam Respublikasının Ərdəbil şəhərində “Ərdəbil günləri” (Şah İsmayıl Xətainin taxta çıxdığı günlər) tədbirində iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, S.Hadıyeva tədbir çərçivəsində “Qiymətli daşlar” sərgisinə, musiqili-ədəbi gecəyə, ziyalıların toplantısına və ənənəvi şeir gecəsinə qatılıb.

Tədbirlərdə çıxış edən institutunun şöbə müdiri Ərdəbil televiziyasına müsahibə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.