ELM VƏ TƏHSİL


AMEA-nın Fizika İnstitutu Türkmənistanın Fizika-Riyaziyyat İnstitutu ilə əməkdaşlıq edəcək

Bakı, 22 dekabr, AZƏRTAC 

Türkmənistan Elmlər Akademiyasının (TEA) prezidenti, TEA-nın müxbir üzvü Meret Aşırbayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olub.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov qonağa rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti barədə məlumat verib.

Görüşdə TEA-nın Fizika-Riyaziyyat İnstitutu ilə AMEA-nın Fizika İnstitutunun əməkdaşlıq etməsi qərara alınıb.

Sonra qonaq Fizika İnstitutunun innovasiya sektorunda quraşdırılan avadanlıq və alimlər üçün yaradılan şəraitlə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.